Paşinyan yenə Yerablura getmədi

Bu gün, sentyabrın 27-də, 44 günlük müharibənin başlanmasının 3-cü ildönümündə Ermənistan hökumətinin nümayəndələri hələ də Yerablur məzarlığına (Ermənistanda müharibədə ölənləri əsasən burada basdırırlar – red.) baş çəkməyiblər.

İctimai Rəy erməni mediasına istinadən xəbər verir ki, memorialı ABŞ səfiri Kristina Kuinn və çoxsaylı vətəndaşlar ziyarət ediblər.

Erməni mətbuatı Nikol Paşinyanın Ermənistanın Müstəqillik Günü – 21 sentyabrda da Yerabluru ziyarət etmədiyini xatırladıb.

Comments are closed.

Tərcümə »