“Kreml Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığının vaxtının razılaşdırılmasını gözləyir”. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O əlavə edib ki, ehtiyac olarsa, Rusiya dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə danışacaq, lakin bu, hələ planlaşdırılmır. D.Peskov Qarabağdakı sülhməramlılardan danışarkən deyib ki, onlar sxolastika ilə məşğul olmurlar, real işlər görürlər və mülki əhalinin təxliyəsinə kömək edirlər. Kreml nümayəndəsi vurğulayıb ki, Ermənistan Rusiya üçün müttəfiq və tərəfdaşdır, həm Bakı ilə, həm də Qarabağdakı ermənilərlə təmaslar davam edir.//Report

0

İsrailin BMT-dəki səfiri Gilad Erdan İran prezidenti İbrahim Rəisinin təşkilatın baş assambleyasında çıxışı zamanı təkadamlıq etiraz aksiyası keçirib.

İctimai Rəy xarici mediaya istinadla xəbər verir ki, prezident Rəisi çıxışına başlayanda səfir Erdan üzərinə “Azadlıq iranlı qadınların haqqıdır” yazılmış plakat qaldırıb. Həmin plakatda ötən ilin sentyabrında İranın əxlaq polisləri tərəfindən öldürülmüş 22 yaşlı Məhsa Əmini adlı qızın şəkli də əks olunub.

Rəisi isə öz çıxışında qeyd edib ki, İrandakı etiraz aksiyaları barədə xəbərlər qərəzli və yalandır. Onun fikrincə, bu, Qərbin xüsusi xidmət orqanlarının törətdiyi təxribat olub.

İslam respublikasının prezidenti onu da deyib ki, islam təliminə görə, Yaradanın gözündə kişilər və qadınlar bərabərhüquqlu xilqətdirlər.

Bundan əvvəl İslam İnqilabının Keçikçiləri Korpusunun başçısı, general Məhəmməd Kazımi bəyan edib ki, 2022-ci ilin payızında və qışında İranda baş verən aksiyaları təxminən 20-yə yaxın dövlətin xüsusi xidmət orqanları təşkil edib, yönəldib.\\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »