Rusiya minlərlə desantı Rabotinoya göndərdi

0

Rusiya 58-ci ümumqoşun ordusunun gücləndirilməsi məqsədilə Rabotino istiqamətinə minlərlə desant göndərib.

İctimai Rəy xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.

“Son iki həftə ərzində çox güman ki, Rusiya çətin vəziyyətdə olan 58-ci ümumqoşun ordusunu Zaporojye vilayətindəki Orexovski istiqamətində əlavə hava-desant bölmələri ilə daha da gücləndirib. Xüsusilə, 7-ci və 76-cı diviziyalardan gətirilmiş ən azı 5 hava-desant bölməsi indi cəbhə xəttindəki Rabotino kəndindən bir neçə kilometr məsafədə cəmləşib. Tam heyətdə bu qüvvələr təxminən 10 min elit desantçıdan ibarət olmalıdır. Lakin demək olar ki, bütün bölmələrdə çatışmazlıq var”, – məlumatda qeyd olunub.

Hesabatda bildirilib ki, mövcud vəziyyət Rusiya Hava-Desant Qüvvələrinin rəhbərliyi tərəfindən son dərəcə qeyri-qənaətbəxş hesab olunur:

“Müharibə boyu rus hərbi komandanlığı Hava-Desant Qüvvələrini hücum əməliyyatlarında yüksək mobil və zərbə qüvvəsi kimi bərpa etməyə cəhd etdilər. Amma onlar yenə də quru qüvvələrini gücləndirmək üçün piyada kimi istifadə olunur”.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »