Putinlə Kim Çen İnin təkbətək görüşü başladı

0

Vladimir Putin və Kim Çen İn arasında nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar başa çatıb, təkbətək görüş başlayıb.

İctimai Rəy xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, geniş tərkibdə görüş təxminən saat yarım davam edib.

“Şimali Koreya bizim yaxın qonşumuzdur. Kənardan gələn hər hansı şərhə baxmayaraq, biz qonşularımızla özümüz və onlar üçün faydalı olan münasibətlər quracağıq”, – Peskov bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »