Çinin yeni xarici işlər naziri Vanq Yi Türkiyəyə səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Məlumatda Vanq Yinin türkiyəli həmkarı ilə keçirəcəyi görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlərin də müzakirə olunacağı vurğulanıb.
Qeyd edək ki, bundan öncə Çinin keçmiş xarici işlər nazirinin bir aydan çoxdur yoxa çıxdığı barədə məlumat yayılmışdı.
Vanq Yi bundan öncə də Çinin XİN rəhbəri idi.