Qarabağı dirçəltmək üçün 7 milyard dollar xərclənib

0

Keçən 3 ildə işğaldan azad edilən torpaqlarımızı dirçəltmək üçün sərf olunan vəsaitin həcmi 7 milyard ABŞ dollarına yaxındır.

Bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev “İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası”nda çıxışı zamanı bildirib.

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir dövrün tələblərinə uyğun olaraq ən yeni texnologiyalar tətbiq edilməklə güclü infrastruktur qurulur. Paralel şəkildə erməni vandalları tərəfindən təhqir olunmuş dini abidələrimizin bərpası işləri də sürətlə davam etdirilir və məscidlərimizin, qəbirstanlıqların vəhşicəsinə dağıdılması ilə bağlı faktlar müvafiq beynəlxalq təşkilatlara təqdim edilib. Artıq investisiya layihələri üzrə fəaliyyətə başlayan layihələrin sayı 80-ə yaxındır. Bunlar əsasən sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sektorlarını əhatə edir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 18%-i və ya 9.3 milyard ABŞ dolları İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının üzv ölkələrinin payına düşür”, – deyə Məmməd Musayev əlavə edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »