NATO-nun Litvada keçiriləcək sammiti ərəfəsində bir çox dövlətlər təşkilata qoşulmazdan əvvəl Ukraynaya təhlükəsizlik zəmanəti verə bilər.
Bu fikri Şimali Atlantika Alyansının keçmiş baş katibi (2009-2014) Anders Foq Rasmussen Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib.
“Düşünürəm ki, sammit ərəfəsində bir çox ölkələr Ukraynanın gələcəkdə Rusiyanın istənilən hücumundan müdafiəsinə kömək edəcək vədi ehtiva edən bir sənəd imzalayacaq”, – deyə bildirib.
Qeyd olunub ki, iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitdə ABŞ, Böyük Britaniya, Fransa və digər dövlətlər Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi ideyasını dəstəklədiklərini bildirəcəklər.
Keçmiş baş katib əmin olduğunu bildirib ki, Ukraynanın NATO-ya daxil olması “Avropada uzunmüddətli sülh və təhlükəsizliyin” təmin edilməsi üçün zəruridir: “Bu istiqamətdə addım atılacağını gözləyirəm”.