“Milli Hərəkat” partiyasının üzvləri və fəalları Saqareco Bələdiyyəsində hücuma məruz qalıb.
Bu barədə sözügedən partiyanın lideri Levan Xabeişvili məlumat verib.
Bildirib ki, Kaxetinin Saqareco Bələdiyyəsində sakinlərə pensiya islahatı proqramı haqqında məlumat verməyə gedən müxalifətçilər daşqalaq olub.
Müxalif lider tərəfdarlarının Saqarecoda hücum məruz qalmasında hökuməti günahlandırıb: “Biz insanlarla işləməyə davam edirik. Bu işin təşkilatçısı DTX-nın rəhbəri Qriqol Liluaşvilidir; Qomelauridir, bu işin təşkilatçıları ruslardır”.
Polis hadisə yerinə səfərbər olunub.