Türkiyənin vitse-prezidenti Quzey Kıbrısa səfərə gedib

0

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) paytaxtı Lefkoşaya səfər edib.

Bu, Cevdet Yılmazın yeni vəzifə tutduqdan sonra ilk xarici səfəridir.

Ercan hava limanında Türkiyənin vitse-prezidentini KKTC-nin baş naziri Ünal Üstel, Türkiyənin Lefkoşadakı səfiri Mətin Feyzioğlu və digər rəsmi şəxslər qarşılayıblar.

Jurnalistlərlə söhbətində Yılmaz bildirib ki, səfər zamanı KKTC hökumətinin üzvləri, vətəndaş cəmiyyəti və işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırır.

Onun sözlərinə görə, danışıqlar zamanı Türkiyə ilə Şimali Kipr Türk Respublikası arasında münasibətlərin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »