Bakıda 18 yaşlı qız itkin düşüb.
Axar.az xəbər verir ki, hadisə mayın 21-də paytaxtın Nizami rayonu, Naxçıvanski küçəsində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Səriyyə Rəşid qızı Osmanova evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.