Beyləqanda maşın aşdı: ölənlər var

0

Beyləqan rayonunda avtomobil aşıb, ölənlər var.

Hadisə mayın 4-də rayonun Qəhrəmanlı qəsəbəsindən keçən asfalt yolda qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Əyyub Sahib oğlu Salahlı idarə etdiyi “Mersedes-Benz E190” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib.

Daha sonra maşın yoldan çıxararaq yolun sağ kənarına aşıb. Nəticədə avtomobildə olan sərnişinlər – 2001-ci il təvəllüdlü Rəşad Elxan oğlu Orucov və 1995-ci il təvəllüdlü Eltun İsrəfil oğlu Xudiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüb, sürücü Ə.Salahlı isə bud çanaq oynağının əzilməsi xarakterli xəsarət alıb. Onun səhhəti stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 37 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »