Dünən axşam AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti Bakı-Trabzon-Bakı istiqamətində uçuşlar həyata keçirib.
Bu barədə qarşılanma mərasimində iştirak edən Avrasiya.net-in Qara dəniz bölgəsi üzrə təmsilçisi Elnur Bağırov məlumat verib.
Onun bildirdiyinə görə, qarşılama mərasimində Trabzon Ortahisar Bələdiyyə başqanı Ahmet Metin Genç, Trabzon Ədalət Kalkınma Partiyasının millət vəkili Salih Cora və şəhər rəhbərliyi iştirak edib. Gələn vətəndaşlarımıza çiçək və müxtəlif hədiyyələr verilib.
Xatırladaq1 ki, uçuşlar həftədə iki dəfə, cümə axşamı və bazar günlərinə planlaşdırılır. Qiymətlət bir tərəfə 150-204 manatdan başlayır.
Qara dəniz sahilində yerləşən Trabzon şəhəri zəngin mədəniyyəti və maraqlı tarixi ilə məşhurdur. Trabzonda çimərlik mövsümü maydan oktyabr ayınadək davam edir.