“Çətinliklər bizi qorxutmur”

0

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması hər zaman aktuallığını qoruyub saxlayıb. Sevindirici haldır ki, bu istiqamətdə bir sıra məqsədyönlü layihələr həyata keçirilir. Onu da qeyd edək ki, gənclərin təhsil sahəsində fəal­lığı onların ictimai fəaliyyətinə də müsbət təsir göstərir. Bir çox hallarda gənc­lərin ictimai fəaliyyəti daha çox onların idarəetmə orqanlarında, seçkili strukturlarda təmsili kimi xarakterizə edilsə də, ictimai fəallığa fərdi aktivasiya kimi baxılmamalıdır. Niyəsinə gəlincə, bu proses fərdi qaydada ictimai fəallıq nümayiş etdirən gənclərin təşkilatlanması ilə daha geniş vüsət alır. Bu baxımdan gənclərin ictimai fəallığının ilk addımları məhz onların müxtəlif sahəsindəki təşkilatlarından başlayır. Ölkəmizdə qanunvericiliyə uyğun istənilən siyasi platformada gənclər təmsil olunur və bu imkanlar gələcəyin gənc siyasi liderlərinin yetişməsində xüsusi rol oynayır.

Təhsilalanlar arasında ictimai fəallığın artırılması Azərbsycanında mühüm rol oynayır.
Əsasən son 5 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu gənclər siyasəti təhsilalanlar arasında ictimai fəallığın artırılmasına stimul olub.

Niyə bəs bu mövzü hal-hazırda çox mühüm bir rol oynayır? Bu sualı Ümümiliderimizin sözüylə cavablandırmaq istəyərdim “Gənclər millətin gələcəyidir”, çünki əgər hər hansı bir gənc gələcək arzusundan fərqi olmadan ictimai fəal olmalıdır

2023-cü il Azərbaycan gəncləri üçün bərəkətli bir il olacaq və mən bütün gəcləri ictimai fəal olmalarını arzu edirəm. İctimai fəallıq dedikdə təkcə tədbirlərdə iştirak etmək ya da layihə iştirakçısı olmaq deyil . İctimai fəallıq dedikdə başa düşülən bunlar olmalıdır: tədbirlərin təşkili layihələrinn yaradılması, sosial şəbəkələrdən aktiv istifadə etmək, dünyada və ən əsası ölkədə gedən proseslərlərdən xəbərdar olmaq. Hal-hazırda ölkəmizdə təhsil alan çoxlu sayıda gənc var onların ən böyük problemlərindən biri təcrübəsizlikdir.

İnsan gərək oxuduğunu həyatda istifadə edə bilsin əgər o bilikləri istifadə edə bilmirsə o biliklərin vacibliyi yox olur. Təhsilalanlar arasında ictimai fəallığın artırılması buna görə vacibdir, onlar oxuduğu o mühüm bilgini istifadə etməlidirlər, əks təqdirdə onlar həyatda çətinliklərlə üzləşəcəklər. Bunun qarşısını almaq üçün ölkəmizdə çox sayılı gənclər təşkilatları yaranıb və hər bir ali təhsil müəssisəsində tələbə gənclər təşkilatları mövcuddur. Əgər azərbaycanlı gənclərimiz özlərinə inansalar, uğurlar əldə edəcəklər. Mən inanıram ki, ictimai fəallıq nümayiş etdirən gəcnlərimiz get-gedə daha da inkişaf edəcəklər, özlərinə inamları artacaq və ən əsası o qazandıqları bilikləri düzgün formada istifadə edib həm öz gələcəklərini, həm də Azərbaycanın gələcəyini çox parlaq edəcəklər.

Musabəy Babayev
Prezident yanında Dövlət İdarəçilik akademiyasıının siyasi və idarətmə fakültəsinin dövlət və ictimai münasibət ixtisasının ikinci kurs tələbəsi

Yazı “XXI Əsr Təhsil Mərkəzi ” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »