Bayramov və Mirzoyan bu sənəd üzrə danışıqlar aparır

0

Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında “Münasibətlərin normallaşdırılması haqqında saziş” sənədi üzrə danışıqlar davam edir.

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi Luis Bononun sözlərinə görə, tərəflər arasında başlayan müzakirələr konstruktiv şəkildə davam edir.

“Sözügedən sənəd “Münasibətlərin tənzimlənməsi müqaviləsi” adlanır. Birləşmiş Ştatlar tərəflərin öz münasibətlərini tənzimləməsinə, birgə yaşaya bilməsinə, iqtisadi əlaqələri və hətta onların regionda kollektiv təhlükəsizliyini gücləndirməsinə çalışır. Bu, mürəkkəb və əhatəli prosesdir və onun çərçivəsində bütün məsələlər müzakirə olunur”, – deyə Bono qeyd edib.

Dövlət Departamentinin nümayəndəsi bildirib ki, hərtərəfli saziş üzrə davam edən danışıqlarda tərəflər arasında müzakirə olunan məsələlərdən biri də hər iki ölkədə etnik azlıqlara münasibətdir ki, bu da etnik azlıqların hüquq və təhlükəsizliyinə istinad edir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »