Salyanda şöbə rəisi sürücüsünün meyiti tapıldı

0

Salyanda Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin yerli şöbə rəisinin sürücüsünün evdə meyiti aşkarlanıb.

Report xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1969-cu il təvəllüdlü Çingiz Əlipaşa oğlu Qədirovun meyiti yaşadığı evdə tapılıb.

İlkin məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbə rəisinin sürücüsü olan Ç. Qədirova iş yerindən dəfələrlə zəng vurulmasına baxmayaraq, cavab verməyib. Bu gün evə baxış keçirilən zaman onun meyiti yaşadığı evdə aşkar edilərək aidiyyati üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »