Tokio – Tel-Əviv təyyarəsi Bakıya təcili eniş etdi

0

EL AL aviaşirkətinin Tokio – Tel-Əviv reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəflətən pisləşməsi olub.

“Boeing 787-9” təyyarəsi yerli vaxtı ilə saat 21:51-də Bakı hava limanında uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »