Azərbaycan idmançısı dünya çempionatında üç medal qazanaraq iki rekordu yeniləyib

0

Albaniyanın Durres şəhərində yeniyetmələr arasında ağır atletika üzrə Dünya birinciliyi davam edir. Yarışlarda 60 ölkədən 322 altet- onlardan 166-ı oğlan, 156-ı qız olmaqla, iştirak edir. Azərbaycan idmançıları da bu atletlər arasındadır. AzərTac  bildirir ki,  dünən 28 mart tarixində Qazax rayonunun “Göyəzən” ağır atletika klubunun üzvü Ravin Alməmmədov birdən qaldırmada 136 kg-lıq ştanqı qaldırararq Dünya çempionatının gümüş medalını qazanıb. İdmançımız təkanla qaldırmada 167 kg-lıq ştanqı qaldırmaqla daha bir gümüş medalını qazana bilib. Bununla da türk atlet Yaşar Karacanın 163 kg-lıq Avropa rekordunu yeniləmiş olub. Ümumiləkdə 303 kg (136 + 167) nəticə göstərən Ravin Alməmmədov 300 kg olmaqla ikiqat güclü sayılan rumıniyalı Yonut Donosenin rekordunu yeniləyərək növbəti gümüş medalını qazana bilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »