Lerikdə sərnişin maşından yıxılıb öldü

0

Lerik rayonunun Siyov kəndində sərnişin yük maşınından yıxılaraq ölüb.

Report xəbər verir ki, 1989-cu il təvəllüdlü Pərviz Tofiq oğlu Höccətov hərəkətdə olan yük maşınının arxasından yerə yıxılıb.

O, hadisə nəticəsində ağır-kəllə beyin travması alıb.

P.Höccətov yaralı vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »