Neft ucuzlaşıb

0

Dünya bazarında neftin qiyməti aşağı düşüb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin may fyuçersləri 0,82 % ucuzlaşaraq 1 bareli 76,06 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 1,03 % azalıb və 1 bareli 70,17 ABŞ dolları təşkil edib.

Daha əvvəl ABŞ Enerji Departamenti məlumat vermişdi ki, bu ölkədə kommersiya ehtiyatları gözlənilmədən 1,1 milyon barel və yaxud 0,2 % artaraq 481,2 milyon barelə çatıb. Amma analitiklər ehtiyatların 1,6 milyon barrel azalacağını proqnozlaşdırırdılar. Eyni zamanda, neft hasilatı sutkada 100 min barel artaraq 12,3 milyon barel təşkil edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »