Yevlaxda itkin düşən 4 yeniyetmə tapılıb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Məlumata görə, keçirilmiş tədbirlər nəticəsində onlar tapılıblar.
Hazırda Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.
Qeyd edək ki, mart ayının 19-da Yevlax rayonunun Ərəş kəndində yaşayan 4 yeniyetmə – 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu yaşadıqları evlərdən çıxıb və bir daha geri qayıtmayıblar.
![](https://teleqraf.com/storage/2023/03/20/200x200/8fc60a6f-d7a8-34e3-bba7-0687f71cb455.jpg)
![](https://teleqraf.com/storage/2023/03/20/200x200/06007a02-a4a8-308d-8357-15168124156b.jpg)
![](https://teleqraf.com/storage/2023/03/20/200x200/f305f6a2-e907-3117-aed2-3487df75ac48.jpg)
![](https://teleqraf.com/storage/2023/03/20/200x200/ccf7e921-b85e-3c66-8510-56809fc578ff.jpg)