Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

0

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.

Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 6 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 4 nəfər isə sağalıb. Sutka ərzində xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 829 271 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 795 nəfər müalicə olunaraq sağalıb, hazırda 323 aktiv xəstə var. Bu günə qədər 10 153 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 526, bu günə qədər isə ümumilikdə 7 549 889 test icra olunub.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »