Vilayət Eyvazov polis rəisini işdən çıxardı

Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov vəzifəsindən azad olunub.

Bakupost.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Comments are closed.

Tərcümə »