Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, NAYORA-nın Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi – 2.0 proqramı çərçivəsində “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənc qızların əl bacarıqlarının üzə çıxarılması və onların sahibkarlıq fəaliyyətinə cəlb olunması” layihəsi yekunlaşıb.

Layihə çərçivəsində 2 təlim və yekun olaraq sərgi keçirilib. Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən və 30 gənc qızın iştirak etdiyi təlimlər zamanı iştirakçılara sosial sahibkarlıq, şirkət qurulmasında əsas meyarlar, təqdimat bacarıqları kimi mövularda müzakirələr aparılıb. Həmçinin qrup işləri, vörkşoplar həyata keçirilib.

Gənc qadın və qızların bacarıqlarının üzə çıxarılması və onların peşəyə və sahibkarlıq fəaliyyətinə cəlb edilməsi layihənin əsas məqsədi olub.

Layihənin yekunu olaraq Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində sərgi keçirilib. Sərginin keçirilməsində məqsəd gənc qızlarımızın əl işlərini ictimaiyyətinin diqqətinə çatdırmaq olub.

Stendlərdə əsasən geyib dizaynları, dərzi sənəti üzrə tikiş elementləri, manikür, vizaj, muncuqdan hazırlanmış bəzək əşyaları, saç düzüm nümunələri sərgilənib.