Millət 14 mayda lazım olanı edəcək – Ərdoğandan seçki açıqlaması

0

“Həqiqətən də Türkiyə bir növ zəlzələ fırtınasına tutulub. Zəlzələ qış şəraitində 14 milyon insana təsir edib. Dağılmış, təcili sökülməli, ciddi ziyan dəymiş 203 958 bina var. Yalnız dağılmış binaların sayı 31 mindir. 468 031 yeni ev tikəcəyik”.

“TRT Haber” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, seçkilərdən də danışıb: “Bu millət 14 mayda nə lazımdırsa, onu da edəcək. Məhkəmə vasitəsilə, inzibati-siyasi yollarla hesabat istəmək də bizim borcumuzdur”.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Malatyada da 5.6 ballıq daha bir zəlzələ baş verib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »