Kıbrısla bağlı dialoq: İki lider ilk dəfə görüşüb

0

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar və Kiprin yunan administrasiyasının yeni seçilmiş prezidenti Nikos Kristodulides BMT Baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi və UNFICYP-nin Kıbrıs missiyasının rəhbəri Kolin Stüartın bufer zonada yerləşən iqamətgahında görüşüb.

İki liderin ilk dəfə görüşdüyü “1+1” formatında qeyri-rəsmi görüş iki saata yaxın davam edib.

Görüş barədə danışan KKTC prezidenti Ersin Tatar Kristodulides ilə ilk görüşün müzakirəçilərin iştirakı ilə keçirildiyini bildirib.

Görüşün əsas məqsədinin tanışlıq olduğunu bildirən Ersin Tatar Ukrayna müharibəsi və zəlzələ səbəbiylə iqtisadi problemlərin yaşandığı pandemiya dövründə Kıbrıs Türk xalqının amansız təcrid və embarqolara məruz qaldığını söyləyib.

Kristodoulidesə Kıbrısda barışığın faktlara söykənə biləcəyini söylədiyini bildirən Tatar görüşün rəsmi deyil, qeyri-rəsmi görüş olduğunu bir daha vurğulayıb.

Kristodoulidisin gələcəkdə yenidən görüşə biləcəklərini dediyini deyən Tatar rəsmi mövqeyini təkrarladığını qeyd edib.

“Bu mövqeyi yenidən xalqımla bölüşmək istəyirəm” deyən Tatar, “BMT-nin hüzurunda yalnız suveren bərabərliyimizi qəbul etməklə rəsmi danışıqlara girə biləcəyimizi təsdiqlədim. Biz Kıbrısda yeni milli siyasət həyata keçiririk”, – deyə o bildirib.

Federal əsasda razılaşma üçün 50 ildir danışıqlar aparıldığını deyən Tatar yeni siyasətə ehtiyac olduğunu və bu siyasətin Ana Vətən Türkiyənin tam dəstəyi ilə həyata keçirildiyini qeyd edib. Dialoq, ünsiyyət və bir-birini başa düşmək tərəfdarı olduqlarını ifadə edən Tatar, “Ancaq bu, Kıbrsın reallığıdır. Mən ona bildirdim ki, o da bunu bilsin və başa düşsün”, – deyə qeyd edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »