Sabirabaddakı yanğında zəhərlənən olmayıb – FHN

0

Ötən gün axşam saatlarında Sabirabadın Axtaçı Muğan kəndində yerləşən pambıq zavodunda yanğın olub. Yayılan bəzi məlumatlara görə, hadisə zamanı zəhərlənən və xəsarət alanlar var.

FHN-dən bildirilib ki, bu xəbər doğru deyil.

“Sabirabadda baş vermiş yanğın hadisəsi nəticəsində ümumiyyətlə, zəhərlənən və xəsarət alan olmayıb”, – deyə nazirlikdən bildirilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »