Əliyevin “Qarabağda doğulmuş erməni” sözünün hədəfi… – Video

0

Əliyev Münhendə keçirilən plenar iclasda çıxışı zamanı bildirdi ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə deyil.

Və bununla Ruben Vardanyanın qəbul edilməyəcəyi, Rusiyanın Ruben üzərindən inteqrasiya prosesini nəzarətə götürmək və öz maraqlarını yeritmək cəhdinə imkan verilməyəcəyi mesajını verir.

Hərçənd, prezidentin “erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri” sözləri perspektivdə Bakının demoqrafik siyasətinin də əsasını təşkil edə bilər.

İşğal dövründə Ermənistan tərəfindən demoqrafik vəziyyətə təsir etmək məqsədilə Qarabağa bölgədə doğulmamış ermənilərin köçü həyata keçirilib. Müharibədən sonra belə ermənilərin hələ də Qarabağda olduğu istisna deyil. O cümlədən, Rusiyanın əhalinin sayını artırmaq üçün Qarabağa daşıdığı ermənilər arasında bölgədə doğulmayanları, ümumiyyətlə burada yaşamamış şəxsləri gətirdiyi də bəllidir.

Hərçənd, arxivdə işğal dövrünə qədər Azərbaycan vətəndaşı olmuş ermənilərin siyahısının olduğu istisna deyil. Üzərindən 30 il keçsə də, həmin şəxsləri və onların övladlarını müəyyənləşdirmək mümkündür. Qarabağda məhz bu ermənilərin yaşamaq hüququ olmalıdır. Söhbət həm də təkcə Qarabağda doğulanlardan yox, doğulduqdan sonra ömrü boyu burada yaşamış ermənilərdən gedir.

Gözləniləndir ki, Bakının Qarabağa dair demoqrafik siyasətində bu prinsipin tətbiq ediləcək.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »