Azərbaycan ədəbiyyatının mütərcimi zəlzələdə öldü

0

Türkiyəli gənc yazar, tərcüməçi Əbdülqadir Özkan zəlzələ zamanı ailə üzvləri ilə birgə həlak olub.

Kult.az xəbər verir ki, bu barədə teatrşünas Anar Bürcəliyev məlumat yayıb.

“İstedadlı gənc yazar, Azərbaycanı ürəkdən sevən, Azərbaycan yazıçılarının əsərlərini Türkiyə türkcəsinə uyğunlaşdıran peşəkar tərcüməçi Əbdülqadir Özkan Qəhrəmanmaraşda baş verən zəlzələdə ailə üzvləri ilə birgə həlak olub.

Əbdülqadir Özkan Azərbaycan ədəbiyyatının ən yaxın dostu kimi xatirələrdə yaşayacaq”, – o bildirib.

Qeyd edək ki, tərcüməçi iki il bundan öncə qədim və çağdaş Azərbaycan ədəbiyyatının nümunələrini topladığı “Günümüz Azərbaycan öyküsü” (“Müasir Azərbaycan hekayəsi”) adlı almanax dərc etmişdi.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »