Estoyaniyadan Gürcüstana Saakaşvili çağırışı

0

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə telefon görüşməsi zamanı mən Rusiyanın Ukraynada müharibəsinin dayandırılması və Ukraynaya lazımi yardımın göstərilməsi məsələlərindən danışdım”.

Bunu Estoniyanın xarici işlər naziri Urmas Reinsalu “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, gürcüstanlı həmkarı ilə söhbət zamanı o, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhətindən narahat olduğunu bildirib.

“Mən bəyan etdim ki, Estoniya Avropa İttifaqına gedən yolda Gürcüstanı dəstəkləyir. Mən də Mixail Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı narahatlığımı bildirdim və ona xaricdə müalicə almaq imkanı verilməyə çağırdım”, – Estoniya XİN rəhbəri qeyd edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »