Ceyhun Bayramov Rusiyaya getdi

0

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya yola düşüb.

Bu barədə XİN-dən məlumat verilib.

Qeyd edək ki, səfər zamanı Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov ilə Sergey Lavrov arasında görüş keçiriləcək. Görüş Rusiya XİN-nin Qəbullar Evində baş tutacaq.

Dekabrın 23-də Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi planlaşdırılırdı. Lakin İrəvan nazirlərin üçtərəfli görüşündə iştirakdan imtina edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »