Böyük Britaniya 2023-cü ildə Ukraynaya bir neçə yüz min artilleriya sursatı təhvil verəcək.
Bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın ofisinin yaydığı bəyanatda deyilir.
Qeyd olunur ki, Böyük Britaniyanın hakimiyyət orqanları gələn il Ukraynaya artilleriya sursatının fasiləsiz axınına imkan verəcək 250 milyon funt-sterlinq (304 milyon dollar) məbləğində müqavilə bağlayıb. Eyni zamanda, bu il Britaniya hökuməti Kiyev hakimiyyətinə 100 mindən çox artilleriya sursatı göndərib.