Can Azərbaycan 30 il işğalda qalan öz torpaqlarını, özbəöz türk olan Qarabağı Tək Vətən hərəkatı ilə Ermənistan işğalından azad etdi.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar TBMM-də çıxışında deyib.
“Hazırda Türkiyə Silahlı Qüvvələri Azərbaycan ordusunun modernizasiyası, təlim-tədris fəaliyyətlərinə dəstək verməkdə davam edir. İşğaldan azad edilmiş ərazilərdə mina, digər partlayıcı qurğuların zərərsizləşdirilməsi prosesində iştirak edir. Həmçinin, Rusiya ilə ortaq mərkəzdə atəşkəsin qalıcı olması üçün əlindən gələni edir.
Məlum olduğu kimi, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ölkələrimizin gücünü və qətiyyətini ortaya qoyan genişmiqyaslı “Qardaş yumruğu” təlimini bu həftə Azərbaycanda uğurla icra etdi. Nəticə etibari ilə kədərdə və sevincdə bir və bərabər olduğumuz Azərbaycan türkünün Zəngəzur dəhlizinin açılması daxil olmaqla, bütün haqlı mübarizələrində yanlarında olmağa davam edəcəyik”, – deyə H.Akar bildirib.