“Rus xalqı Rusiya dövlətini məhv edəcək” – NAZİR

0

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hesab edir ki, Rusiya parçalansa, dünya dağılmayacaq.

Bu barədə XİN başçısı “The Wall Street Journal”a müsahibəsində bildirib.

“Rusiyanın olduğu kimi qalmasına və beynəlxalq birliyin normal üzvünə çevrilməsinə necə kömək etmək barədə düşünmək əvəzinə, bu ölkənin beynəlxalq birliyin normal üzvü ola bilməyəcəyi ilə barışmağın vaxtı çatıb”, – Kuleba deyib.

O, qeyd edib ki, Ukrayna Krımı və Donbası Rusiyaya güzəştə getməyəcək.

“Rusiya parçalansa, dünyanın dağılacağını düşünmürəm. Amma rus xalqı Rusiya imperiyası kimi, hazırki dövləti də məhv edəcək”, – deyə ukraynalı nazir vurğulayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »