ABŞ Yaxın Şərqi unutdu, Səudiyyə də Kremlə yaxınlaşır

0

ABŞ Çin və Rusiyaya meyil edən Səudiyyə Ərəbistanına əvvəlki təsirini itirir.

Bunu “Foreign Policy”nin köşə yazarı Aaron Miller öz məqaləsində yazıb.

Köşə yazarının fikrincə, Vaşinqtonun Ər-Riyadla “monoqam nikah” günləri sona çatır.

Müəllif hesab edir ki, müasir soyuq müharibədə Yaxın Şərq monarxiyası nəinki münaqişə tərəfini seçməkdən imtina edəcək, həm də öz maraqlarının tələb etdiyi kimi, Moskva və Pekinə yaxınlaşacaq:

“Səudiyyə Ərəbistanı uzun illərdir Çinlə əlaqələri gücləndirir. Hazırda iki ölkə arasında münasibətlərdə strateji dönüş baş verir. Birləşmiş Ştatlar Yaxın Şərq regionunu xarici siyasət prioriteti kimi nəzərdən keçirməyi dayandırdı, buna görə də Ər-Riyad digər nüfuzlu oyunçularla, ilk növbədə Pekinlə əlaqələr qurmağa başladı”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »