İranda 4 nəfər edam olundu

0

İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidandakı həbsxanada bəlucəsilli yerli sakinlər İmambəxş Narui, Möhsün Anşini, Vəli Rudini və adı hələ açıqlanmayan daha bir nəfər isə Şiraz şəhərinin Adilabad zindanında edam ediliblər.

Ictimairey.az Günaz TV-yə istiadən xəbər verir ki, bu barədə İran İnsan Hüquqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, onlar narkotik maddələrin qanunsuz dövrüyəsində ittiham edilərək edam olunublar. İranda məhkəmələrin fəaliyyətində şəffaflıq təmin olunmadığı üçün ictimaiyyət edam qərarlarının ədalətliliyinə şübhə ilə yanaşır.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatı 2021-ci il oktyabrın 10-dan 2022-ci il oktyabrın 7-dək ölkədə 528 nəfərin edam olunduğunu açıqlamışdı.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »