İrana getmək istəyən azərbaycanlılara xəbərdarlıq

0

İran-Azərbaycan münasibətlərinin hazırkı gərgin vəziyyətində Azərbaycan vətəndaşlarının qonşu ölkəyə səfərlərinin ara verilməsinə ehtiyac var. Quru sərhəd bağlıdır, ancaq Bakı-Tehran təyyarə reysləri mövcuddur. İranda istənilən vətəndaşımızı qondarma ittihamla həbs edə bilərlər.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O, vətəndaşlarımızı Azərbaycan-İran münasibətlərinin gərginləşməsi ilə əlaqədar bu ölkəyə səfər etməməyə çağırıb.

“Təsadüfi deyil ki, İran Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycan səfiri Əli Əlizadəyə “bir sıra Azərbaycan vətəndaşlarının ölkədə törətdiyi cinayət əməlləri ilə bağlı” etiraz notası təqdim edilib. Tehran rejimi İranı bürüyən mitinq və küçə yürüşlərində “xarici iz” axtarır. Bu məqsədlə İranda müxtəlif ölkələrin vətəndaşları həbs olunur. Misal üçün Fransanın üst-üstə 7 vətəndaşını qısa fasilələrlə həbs ediblər. Bunu həm də diqqətin İran daxilindəki durumdan yayındırmaq üçün edirlər. Odur ki, hazırki şərtlər daxilində İrana səfər təhlükəlidir”, – deyə Elxan Şahinoğlu İrana səfərə hazırlaşanlara səslənib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »