Mənzillərə istilik verilməyə BAŞLANDI

0

Bu gündən etibarən istehlakçıların istiliklə təmin edilməsinə başlanıb.

Bu barədə “Azəristiliktəchizat” ASC-dən məlumat verilib.

Rəsmi məlumata görə, bütün qazanxanalar qış mövsümünə hazırdır və qrafik üzrə çalışacaq.

“Bu məqsədlə daha 538 qazanxana və 87 istilik məntəqəsi işə qoşulub”.

Qeyd edək ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlanılır.

Xatırladaq ki, ölkənin dağlıq və dağətəyi əraziləri hesab edilən Şuşa, Şabran, Xaçmaz, Quba, Qusar və Lerikdə istiliyin verilməsinə noyabrın 1-dən başlanılıb. Bu məqsədlə 26 qazanxana və 1 istilik məntəqəsi işə qoşulub.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »