G20 sammiti: ilk dəfə 19 ölkə 1 dövlətə qarşı olacaq

0

Moskvanın Rusiyanın Ukraynaya müdaxiləsini müharibə adlandırmaq istəməməsi G20 sammitinin ümumi kommünikesinə əngəl ola bilər.

Bu barədə “Blumberq” agentliyinin məqaləsində bildirilib.

Qeyd olunub ki, bu məsələ Rusiya ilə Ukraynanın tərəfdaşları arasında qarşıdurmaya səbəb ola bilər:

“G20 liderlərinin görüşü ilk dəfə birgə bəyanat olmadan başa çata bilər. Pis əlamət Rusiya və ABŞ-ın Kambocada keçirilən çoxtərəfli sammitdən sonra birgə bəyanatla bağlı razılığa gələ bilməməsi idi. Sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və müttəfiqlərini ittiham etdi. Rusiya Ukraynaya müdaxiləni “xüsusi hərbi əməliyyat” adlandırmaqda israrlıdır və özü Ukraynadakı vəziyyəti müharibə kimi qələmə verməyi cinayət hesab edib.

Diplomatların fikrincə, mümkün ssenarilərdən biri ölkələrin konkret məsələ ilə bağlı mövqeyindən asılı olaraq qruplara bölünərək split kommünike yaymasıdır. Bundan əlavə, “19+1” formatında bəyanat mümkündür ki, burada G20-nin əksəriyyəti ümumi sənəd imzalayacaq, Rusiya isə öz sənədini verəcək və ya ev sahibi ölkənin İndoneziyada hazırladığı müzakirələrin xülasəsini təqdim edəcək”.

Qeyd edək ki, G20 sammiti 15-16 noyabrda Balidə keçiriləcək.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »