“Sədərək”də mağazaya hücum: 30 min manat ələ keçirildi

0

“Sədərək” ticarət mərkəzində mağazaya hücum edilib, sahibkarın 30 000 manat pulu ələ keçirilib.

Report xəbər verir ki, naməlum şəxs ticarət mərkəzində sahibkar kimi fəaliyyət göstərən Şakir Fərhad oğlu Ağayevin işlətdiyi mağazaya daxil olaraq dəmir alətlə onun baş nahiyəsinə xəsarət yetirib.

Daha sonra həmin şəxs mağazadan 30 000 manat məbləğində pul vəsaitini ələ keçirməklə hadisə yerindən qaçaraq uzaqlaşıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »