Belarus: Ukrayna bizi münaqişəyə cəlb edir!

0

Kiyev Belarusu təhrik edib, Ukrayna münaqişəsinə çəkməyə çalışır.

Bunu Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının Beynəlxalq məsələlər daimi komissiyasının sədr müavini Oleq Qaydukeviç deyib.

“Ukrayna Ali Radasının Belarusun Rusiya tərəfindən “işğal edilmiş” kimi tanması Minski yenidən nəyəsə təhrik etmək cəhdidir. Onlar nəyin bahasına olursa-olsun, Belarusu təxribata çəkməyə və onu münaqişəyə sürükləməyə çalışırlar”, – o bildirib.

Oleq Qaydukeviç qeyd edib ki, Belarus təxribatlara boyun əyməyəcək:

“Belarusun bir vəzifəsi var – sərhədi möhkəmləndirmək və arxadan Rusiyaya zərbə endirməmək. Belarus Rusiyaya heç vaxt xəyanət etməyəcək. Müstəqil olmayan Ukrayna uzun müddətdir ki, işğal altındadır, öz subyektivliyini itirib. Onlar heç nəyi həll etməyə çalışmırlar. Hətta danışıqlar masası arxasına da əyləşmirlər. Açıqca deyirlər ki, onlara amerikalılar qadağa qoyublar. Bu ölkə ilə nə danışa bilərsən?”

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »