Rusiyada təyyarə qəzası: ölü sayı 13-ə çatdı

0

Rusiyanın Yeysk şəhərində təyyarənin yaşayış binasının həyətinə düşməsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Avrasiya.net xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Xilasedicilər dağıntıların təmizlənməsi işlərini başa çatdırıblar. Axtarış-xilasetmə əməliyyatları zamanı daha 10 nəfərin meyiti tapılıb. Beləliklə, həlak olanların ümumi sayı 13 nəfərə çatıb. Hadisə nəticəsində 19 nəfər xəsarət alıb”, – rəsmi açıqlamada deyilir.

Xatırladaq ki, bazar ertəsi Yeysk şəhərində Su-34 hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarə yaşayış binasının həyətinə düşüb, nəticədə ətrafa dağılan yanacaq alışıb və alov yaxınlıqdakı yaşayış binasına keçib. Yanğın yaşayış binasının bütün doqquz mərtəbəsini əhatə edib, 100 nəfər təxliyə edilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »