FTX Krım körpüsünü partladan ermənini saxladı

0

Rusiya Federal Təhlükəsizlik Xidməti Krım körpüsünün partladılmasında beş Rusiya, üç Ukrayna və Ermənistan vətəndaşının saxlanıldığını elan edib.

Bu barədə Rusiya mediası məlumat yayıb.

“Krım körpüsündə terror aktının təşkilatçısı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, onun rəhbəri Kirill Budanov, əməkdaşları və agentləri olub. Saxlanılanlar isə cinayətin hazırlanmasında iştirak ediblər”, – məlumatda deyilir.

Qeyd edilib ki, hücum üçün bomba film rulonlarında kamuflyaj edilib. Partlayıcı maddələr Odessadan Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə göndərilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »