Rus pilotlar Ermənistanda hərbi təlim keçəcək

0

Rusiyanın Cənub Hərbi Dairəsinin hərbi bazasının ordu aviasiyası Mi-8MTV-5 və Ka-52 döyüş helikopterləri ilə Ermənistanın dağlıq ərazilərində gecəgörmə cihazlarından istifadə etməklə gecə təlim uçuşları həyata keçirəcək.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Təlimdə helikopter pilotları çətin hava şəraiti də daxil olmaqla, gündüz və gecə 1,5 km-dən 4 km-ə qədər yüksəklikdə dağ yamacları üzərində uçarkən, dərələri keçərkən və aşırımları aşarkən pilotaj vərdişlərinə yiyələnəcəklər. Təlimin özəlliyi müasir hücum helikopterlərinin ekipajlarının gecəgörmə cihazlarından istifadə etməklə gecə uçuşları üçün hazırlanmasıdır”, – məlumatda deyilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »