Rusiya bunun cəzasını alacaq – Ukrayna

0

Ölkənin hər yerinə hava hücumu davam edir. İnsan tələfatı və dağıntılar var. Rusiyanın terror hərəkətləri dinc əhaliyə qarşı yönəlib. Düşmən torpağımıza gətirdiyi ağrının, ölümün cəzasını alacaq! Biz qisas alacağıq!

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin bəyanatında yer alıb.

Ukrayna müdafiə naziri Aleksey Reznikov açıqlanmasında raket zərbələrinin Ukrayna xalqını sındırmayacağını deyib:

“Terrorçuların raketləri heç vaxt cəsarətimizi məhv edə bilməyəcək. Həm də müttəfiqlərimizin qətiyyətini sarsıtmayacaq. Onların geridönməz şəkildə məhv etdikləri yeganə şey Rusiyanın gələcəyidir”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »