Tiflisdən Bakı və İrəvana növbəti təklif

0

Gürcüstan Azərbaycan və Ermənistana sülh dialoqu üçün öz platformasını təklif edir.

Bunu Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili deyib.

“Tiflis danışıqlardan konkret nəticələr əldə etmək, regionumuzda sülh və sabitliyin bərqərar olması üçün qonşularımızın sakit və dinc dialoq apara biləcəyi yer olmağa hazırdır”, – o bildirib.

Nazirin sözlərinə görə, tərəflərin görüşü istənilən vaxt və istənilən yerdə ilkin şərt olmadan keçirilə bilər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »