Kuba Qərbin Rusiyaya qarşı sanksiya siyasətindən imtina etdiyini bir daha bəyan edir.
Axar.az xəbər verir ki, bunu Kubanın xarici işlər naziri Bruno Rodriges BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışında söyləyib.
“Biz Belarusun daxili işlərinə müdaxiləyə qarşıyıq və Rusiyaya qarşı birtərəfli sanksiyaların tətbiqindən imtina edirik”, – Rodriges qeyd edib.
O bildirib ki, Kuba Ukraynadakı münaqişənin hamı üçün təhlükəsizlik və suverenliyə zəmanət verən diplomatik yolla həllini dəstəkləyir.