BMT: Dünyada 770 milyondan çox insan oxuyub yaza bilmir

0

Bunu YUNESKO-nun məlumatları sübut edir.

Planetimizdə təxminən 771 milyon insan oxuyub yaza bilmir. Bunu YUNESKO-nun Statistika İnstitutunun apardığı araşdırmanın məlumatları sübut edir.

Dünyadakı yetkin savadsızların ümumi sayının üçdə ikisini qadınlar təşkil edir.

Eyni zamanda, son 50 ildə dünyada gənclər arasında savadlılıq səviyyəsinin yüksəlməsi qeydə alınıb.

15+yaş qrupu üçün, qlobal savadlılıq səviyyəsi 1990-cı ildə 74%-ə, 2000-ci ildə 81%-ə, 2010-cu ildə 84%-ə və 2020-ci ildə 87%-ə yüksəlmişdir.

Dünyanın müxtəlif regionlarında baş verən silahlı münaqişələr təhsil imkanlarına mənfi təsir göstərir.

Qeyd olunur ki, müharibələr nəticəsində Əfqanıstan, Yəmən və Ukraynada milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, Ukraynada hərbi əməliyyatlar nəticəsində 200-dən çox təhsil müəssisəsi dağıdılıb, 2000-ə yaxın məktəb zərər görüb.

Bunun təhsil almaq prosesinə birbaşa təsir etdiyi vurğulanır.

Hesabatda pandemiyanın təhsil sisteminə mənfi təsiri də qeyd olunub.

COVID-19-un nəticələrinə görə dünyada 24 milyona yaxın uşaq və yeniyetmənin artıq təhsil prosesinə qayıda bilməyəcəyi gözlənilir. Onların 11 milyonu qızlardır.

YUNESKO-nun Statistika İnstitutunun məlumatları Afrika və Cənubi Asiyada savadlılığın son dərəcə aşağı səviyyədə olduğunu göstərir.

Dünyada ən yüksək savadlılıq səviyyəsi 34 faizlə Sub-Sahara Afrikasındadır.

Dünyada savadsız insanların 27 faizi Cənubi Asiyada, 6 faizi Latın Amerikası və Karib hövzəsində yaşayır. Avropa cəmi 1 faiz təşkil edir.

Afrika qitəsində ən azı beş uşaqdan biri öyrənmək imkanından məhrumdur. 12-14 yaş kateqoriyasında isə, hər üçdə biri məktəbə getmir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »