Son dəqiqə: ABŞ vətəndaşlarını Ukraynanı tərk etməyə çağırır

0

“ABŞ Dövlət Departamenti Rusiyanın yaxın günlərdə Ukraynanın mülki infrastrukturuna və dövlət obyektlərinə hücumlar etmək üçün səylərini artırdığından xəbərdardır”, – ABŞ-ın Kiyevdəki səfirliyinin bəyanatında deyilir.

ABŞ-ın Kiyevdəki səfirliyi Rusiyanın yaxın günlərdə mülki infrastruktur və hökumət binalarını vura biləcəyi ilə bağlı xəbərlər fonunda ABŞ vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb.

Səfirliyin yazılı açıqlamasında deyilir: “ABŞ Dövlət Departamenti Rusiyanın yaxın günlərdə Ukraynanın mülki infrastrukturuna və dövlət obyektlərinə hücumlar təşkil etmək üçün səylərini artırdığını bilir”.

“ABŞ səfirliyi ABŞ vətəndaşlarını təhlükəsiz olduğu təqdirdə şəxsi yerüstü nəqliyyat vasitələrindən istifadə edərək, Ukraynanı tərk etməyə çağırır”, – bəyanatda deyilir.

Avqustun 24-də Ukraynanın Müstəqillik Gününün ildönümündən əvvəl Kiyev administrasiyası Rusiyanın paytaxtı da daxil olmaqla bəzi şəhərləri hədəfə ala biləcəyi ilə bağlı bəyanatlar vermişdi. Kiyev hərbi administrasiyası avqustun 22-25-də Rusiyanın mümkün hücumlarını əsas gətirərək Kiyevdə ictimai görüşləri qadağan edib.

Rusiya sərhədində yerləşən Xarkov şəhərində avqustun 23-də yerli vaxtla saat 19:00-dan etibarən 36 saatlıq komendant saatı elan edilib.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »