BƏDBƏXT HADİSƏ: Xətai rayonunda kişi 9-cu mərtəbədən yıxılaraq ölüb

0

Avqustun 18-i saat 15 radələrində Xətai rayonu, N.Əliyev küçəsi 10 ünvanında 1964-cü il təvəllüdlü Cabir Sadıqovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İctimairey.az-ın Baş Prokurorluğun Mətbuat xidmətindən aldığı məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda inşa edilən 16 mərtəbəli yaşayış binasında qəlibçi işləyən Cabir Sadıqov binanın 9-cu mərtəbəsində iş görən zaman ehtiyatsızlıqdan yerə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »