SON XƏBƏR: Nepalda itən təyyarənin qalıqları tapılıb

0

Ötən gün Nepalın dağlıq hissəsində yoxa çıxan kiçik təyyarənin qalıqları tapılıb. 22 nəfərin olduğu təyyarədə 14 nəfərin cansız cəsədinin tapıldığı açıqlanıb.

22 nəfəri daşıyarkən qüllə ilə əlaqəni kəsən kiçik təyyarənin qalıqları Nepalın dağlıq hissəsində tapılıb.

Təyyarənin axtarışları dünəndən bəri davam edərkən, səlahiyyətlilər 14 nəfərin cansız cəsədinin tapıldığını açıqlayıb.

Axtarışların davam etdiyini qeyd edən səlahiyyətlilər, sağ qalanlarla bağlı məlumat paylaşmayıb.

Comsom dağ şəhərinə 15 dəqiqəlik uçuş həyata keçirən Tara Hava Yollarına məxsus təyyarə havaya qalxdıqdan qısa müddət sonra qüllə ilə əlaqəni kəsib.

Səlahiyyətlilər təyyarədə 4-ü hindistanlı və 2-si alman olmaqla 22 nəfərin olduğunu açıqlayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »